Əsas səhifəİqtisadiAzərbaycana "Aİ-95" və "Aİ-98" benzininin idxalı bu il kəskin artıb
PAYLAŞ

Azərbaycana "Aİ-95" və "Aİ-98" benzininin idxalı bu il kəskin artıb

İqtisadi 14 İyun 2021 17:53 1854

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 34,321 mln. ABŞ dolları dəyərində 52 683,62 ton avtomobil benzini ("Aİ-92", "Aİ-95" və "Aİ-98") idxal edilib.

Avtosfer.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan benzinin həcmi 2,3 dəfə, dəyəri isə 2,1 dəfə artıb. Ötən ilin analoji dövründə ölkəyə "Aİ-92" markalı benzin idxal edilməyib. Bu ilin ilk dörd ayında isə ölkəyə 2,387 mln. dollarlıq 4 995,64 ton "Aİ-92" benzini gətirilib. İdxal yalnız martda olub, digər aylarda idxal əməliyyatları həyata keçirilməyib.

2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana gətirilən benzinin əsas hissəsini "Aİ-95" ("Premium") markalı avtomobil benzini təşkil edib. Belə ki, hesabat dövründə sözügedən benzindən ölkəyə 31,175 mln. dollarlıq 46 731,78 gətirilib ki, bu da illik müqayisədə həcm ifadəsində 2,1 dəfə, dəyər ifadəsində 2 dəfə çoxdur.

Cari ilin yanvar-aprel aylarında Azərbaycana "Aİ-95"in əsas ixracatçısı Rusiya olub. Bu ölkədən Azərbaycana 26,145 mln. dəyərində 39 021,12 ton "Premium" benzin idxal edilib ki, bu da illik müqayisədə həcm ifadəsində 83,5%, dəyər ifadəsində isə 73,6% çoxdur.

"Aİ-98" ("Super") markalı benzinə gəldikdə, sözügedən benzini Azərbaycana yanvar-apreldə yalnız Rumıniya ixrac edib. Sözügedən məhsuldan ölkəyə 562,73 min dollarlıq 718,75 ton gətirilib ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur. Qeyd edək ki, aprel ayında ölkəyə "Aİ-98" benzini idxal edilməyib.

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti
18 İyun 2021 14:46 1864

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020